Milli Məclisin bu gün keçirilən plenar iclasında ““Əmək” ordeninin təsis edilməsi haqqında” qanun qəbul edilib.
“"Əmək" ordeni özəl və dövlət sektorunda yaxşı göstəricilər nümayiş etdirən şəxslərin təltif olunması üçün təsis edilir”, - deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda bildirib.
O qeyd edib ki, orden I, II və III dərəcəli olacaq. «Ordendə dövlət atributlarının – aypara və səkkizguşəli ulduz təsviri var», - deyə Ə.Hüseynli əlavə edib.
I dərəcəli “Əmək” ordeni qızıldan, II dərəcəli orden gümüşdən, III dərəcəli orden bürüncdən hazırlanacaq.*
R.Babayev