2017-ci ilin yanvar ayında Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanması planlaşdırılır. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Energetika nazirinin müavini Natiq Abbasov Çexiya Sənaye və Ticarət Nazirliyi Xarici iqtisadi siyasət Departamentinin direktoru Martin Pospişil ilə bu gün keçirilən görüşdə bu Anlaşma Memorandumunun layihəsinədair müzakirələr aparıb.
“Sənəd imzalanmaq üçün hazırdır və Memorandumun Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının yanvarın 17-19-da Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır”, - deyə məlumatda deyilir.
M.Pospişil Azərbaycanın enerji daşıyıcıları idxalınındiversifikasiyasında Çexiyanın strateji tərəfdaşı olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.
N.Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb. **
N.Abbasova