Gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Antidopinq Agentliyinin (WADA) Azərbaycan Antidopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı qərarından narazılığını bildirib.
“Nzzir A.Rəhimov Budapeştdə Avropa Şurasının İdmana məsul Nazirlərinin XIV Konfransı zamanı WADA-nın son iclasında Azərbaycan Antidopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı çıxarılan qərara mənfi reaksiyasını bildirib”, - deyə nazirliyin məlumatında deyilir.
Nazir konfransda vurğulayıb ki, dopinq istifadəsində tək idmançının günahı yoxdur.
“İdmançı illərlə Olimpiya Oyunlarına hazırlaşır. O, Oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alındığı bildirirlir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyik”, - deyə A.Rəhimov bəyan edib.
Nazirçıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar haqqında məlumat verib. **
F.İsazadə