Azərbaycan “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulmaq niyyətindədir. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti xəbər verir.
«BudapeştdəAvropa Şurasının İdmana məsul Nazirlərinin XIV Konfransı çərçivəsində “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması nəzərdə tutulur. Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülür», - deyə məlumatda bildirilir.
Konvensiya 3 iyul 2016-cı il tarixindən imzalanmaq üçün açıqdır.*
F.İsazadə