Rusiya-Suriya koalisiyasına Serbiya, Çin, Misir və MDB-nin bir sıra ölkəərindən hərbi qulluqçular daxil ola bilər. Bu ölkələrin sırasına Azərbaycan da qoşula bilər. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində qeyd edilir.
“Hələbin şimal-şərq rayonlarının azad olunması, Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olan Rusiyanın koalisiya qüvvələrinin artan gücündən xəbər verir. Yaxın zamanda Rusiya və Suriyanın müttəfiqləri olan bir sıra ölkələrin hərbi kontinqentinin tərəflərin barışıq prosesinə qoşulacağı istisna olunmur. Nəşrin rusiyalı hərbi-diplomatik mənbələri İrandan başqa, Misir, Çin. Serbiya və bir neçə MDB ölkəsinin adlarını çəkirlər (ilk növbədə, Azərbaycan və Ermənistanın)”, - deyə nəşrdə bildirilir.
MBD ölkələrinin hərbi birləşmələrinin Suriya ərazisində antiterror mübarizəsində mümkün iştirakı məsələsinin MDB ölkələri Müdafiə Nazirləri Şurasının noyabrın 30-dakeçiriləcək sammitində müzakirəsi istisna olunmur.
“Mənbənin məlumatına görə, Moskvanın planına əsasən, İŞİD-in əsas qüvvələri məhv ediləndən sonra Rusiya və onun müttəfiqlərinin Suriyada humanitar aksiyalarda və sülhməramlılıq prosesində fəal iştirakı nəzərdə tutulur. Məlumdur ki, Serbiya hərbi təyyarələrlə Suriyaya humanitar yüklər çatdırıb. Rusiya Müdafiə Nazirliyi Azərbaycana Suriyanın ərazisinin minalardan təmizlənməsində iştirak etməyi təklif edib. Düzdür, rəsmi Bakı hələlik susur”, - deyə qəzet vurğulayır. **