Pakistan iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində 6 dekabr tarixində Bakıda Azərbaycan-Pakistan Biznes Forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Biznes forumda qida sənayesi, tekstil, tikinti, quşçuluq, əczaçılıq, idman malları, cərrahi alətlər, mədən sənayesi, polad istehsalı, kosmetika, geyim, kimyəvi məhsullar, logistika, müxtəlif aksesuarlar, qiymətli daşların istehsalı və digər sahələrdə fəaliyyət göstərən Pakistan şirkətlərinin iştirakı gözlənilir. **
A.Əzizov