Azərbaycan prezidenti İlham Əliyev XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına məlumat verdi. Bildirildi ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir”, - deyə məlumatda deyilir.
Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. **
F.İsazadə