2015-ci ilin iyun ayından etibarən Azərbayanda nikaha daxil olmağa hazırlaşan 90 nəfərdə icbari tibbi müayinə zamanı İİV-ə yoluxma faktı aşkarlanıb.
“1 iyun 2015-c il tarixindən Azərbaycanda nikaha daxil olmağa hazırlaşan 114,315 min vətəndaş icbari tibbi müayinədən keçib. Onlardan 90 nəfərdə İİV-ə yoluxma faktı aşkar olunub”, - deyə QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazilriyi İIV/QİÇS daşıyıcılarına profilaktik və müalicə xidmətlərinin göstərilməsinə xüsusi diqqət ayırır.
“Hazırda İİV-ə yoluxan 3,418 min nəfərə "antiretrovirus terapiyası” (ARV-terapiya)tətbiq edilir. Onlardan 458 nəfətin müalicəsi cari ildə başlanılıb”, - deyə N.Zülfüqarov vurğulayıb. **
R.Babayev