Azərbaycan hökuməti 2018-2020-ci illərdə ÜDM-nin orta hesabla 2%-dən çox artacağını proqnozlaşdırır. Bu barədə Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məlumat verib.
«2017-ci ildə ÜDM-nin artımı 1%, növbəti 3 ildə isə orta hesabla 2%-dən yuxarı proqnozlaşdırılır”, - deyəo bildirib.
Nazir müavininin sözlərinə görə, 2017-ci ildə qeyri-neft sektorunun artımı 2,5%, 2018-2020-ci illərdə isə 2%-dən yuxarı proqnozlaşdırılır.
«Proqnozlara görə, 2017-ci ildə neft sektoru 2,1% azalacaq», - deyə S.Həsənova vurğulayıb.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 2,8%, 2020-ci ildə 2,4% artacaq.*
A.Axundov