Rusiya və Azərbaycan Xəzərdə təhhlükəsizliyi təmin etmək üçün əməkdaşlığı gücləndirəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə deyib.
“Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur. Ona görə də biz bu sahədə daha səmərəli əməkdaşlıq etməliyik”, - deyə o bildirib.
Rusiyalı nazir vurğulayıb ki, ölkələr buna çox ciddi yanaşıblar. “Əminəm ki, bütün bunlar regionda sabitliyə əhəmiyyətli dərəcədə təsir göstərəcək", - deyə S.Şoyqu qeyd edib.*