Prezident İlham Əliyev Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə məktubda bildirilir.
Xatırladaq ki, Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-14 yaşlarında 11 məktəbli qız və 1 internat işçisi həlak olub, 22 nəfər yaralanıb.
İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş vermiş qısaqapanma olub.*
F.İsazadə