Prezident İlham Əliyev Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində braziliyalı futbolçuların həlak olması ilə əlaqədar Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm», - deyə məktubda bildirilir.*
F.İsazadə