Azərbaycan Mərkəzi Bankı 2016-cı ilin yekunları üzrə tədiyə balansının kəsirini $5 mlrd. səviyyəsində proqnozlaşdırır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
2015-ci ildə tədiyə balansının mənfi saldosu $11,3 mlrd. təşkil edib.
“2016-cı ilin yekunları üzrə tədiyə balansının mənfi saldosu $5 mlrd. səviyyəsində gözlənilir. Bu mühüm rəqəmdir”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, ilin sonuna proqnozlaşdırılan tədiyə balansının kəsirinin 88-90%-i kapitalın hərəkətində problemlərlə əlaqədardır.
“Tədiyə balansının neftin yeni qiymətlərinə uyğunlaşdığını demək çətindir. Casri əməliyyatların balansını stabilləşdiməyə müvəffəq olduq, lakin kapitalın hərəkəti balansında problemlər var. Dövlət zəmanəti ilə şirkətlərin kreditlər şəklində toplanan problemlər, Beynəlxal Bankın xarici borcları var, biz bunları ödəməliyik. Bütövlükdə, bu gün bazara cidfdi təsir göstərən toplanan borclarla bağlı problem mövcuddur. Digər tərəfdən, iri beynəlxalq layihə - TANAP qaz kəmərinin tikintisini həyata keçiririk. Bunun üçün dövlət maliyyə ehtiyatlarından istifadə edir. Bütün bunlar kapitalın hərəkəti üzrə tədiyə balansının komponentinə təsir edir”, - deyə E.Rüstəmov vurğulayıb.
O qeyd edib ki, AMB-nin məzənnə siyasəti həmin problemlərin cari əməliyyatlar hesabı balansına təsirini neytrallaşdırmağa yönəlib. **
A.Axundov