Pakistanın federal ticarət naziri Hürrəm Dəstgir Xan gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik nümayəndəlikdən məlumat verilib.
«Hürrəm Dəstgir Xan Azərbaycan-Pakistan biznes forumunda iştirak edəcək», - deyə məlumatda bildirilir.
Bundan başqa, nazir Azərbaycanın rəsmi şəxsləri ilə bır sıra görüşlər keçirəcək.
Azərbaycan-Pakistan biznes forumu dekabrın 6-da keçiriləcək.*
F.İsazadə