SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Darvin bankası” yatağındakı 600 saylı özülü əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
«Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb», - deyə məlumatda qeyd edilir.
Meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.*
N.Abbasova