Layihələri "Tik-idarə et- təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumundan azad edilib
Azərbaycan prezidentiİlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır. **
A.Əzizov