Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurası 2017-ci il üçün Formula-1-in təqvimini təsdiq edib.
FİA-nın saytında dərc edilmiş təqvimə əsasən yarışın Bakı mərhələsi ilə bağlı müəyyən dəyişikliklər edilib. Bundan başqa, debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran-prisi kim tanınacaq.
Qeyd edək ki, Bakıdakı yarışın iyunun 18-də təşkil olunacağı bildirilmişdi və bu, yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi. Lakin təsdiqlənən yeni təqvimə əsasən yarış iyunun 23-25-də baş tutacaq.
Yarışın gecə saatlarında keçiriləcəyi istisna edilmir.
Formula-1-in Bakı mərhələsi 2016-cı ilin iyun ayında keçirilib. Yarışın qalibi almaniyalı Niko Rosberq olub.*
R.Babayev