İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2016-cı ilin noyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 5,2 mln. manatdan artıq məbləğdə sığorta haqqı əldə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bürodan məlumat verilib.
“2016-cı ilin noyabr ayında sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64,961 min sığorta müqaviləsi bağlayıblar və bu müqavilələr çərçivəsində təqribən 5,2 mln. manatdan artıq məbləğdə sığorta haqqı əldə ediblər. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə müqavilələrin sayı 14,5%, sığorta haqlarının həcmi 12,1% azalıb”, - deyə məlumatda qeyd edilir.
Noyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb. **
A.Əzizov