Rus diasporu və ruslar Azərbaycanın həyatında mühüm amildir. Bunu Moskva və bütün Rusiyanın patriarxı Kiril qeyd edib.
“Siz (Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə - İF) keçmiş SSRİ-nin ölkələrində və Rusiyada böyük nüfuza maliksiniz. Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır. Azərbaycanda ən böyük rus diasporu yaşayır və ruslar respublikanın həyatında vacib amildirlər”, - deyə patriarxın "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.
Patriarx vurğulayıb ki, bu Rusiyada yaşayan azərbaycanlılara da aiddir. “Onların arasında biznes və siyasətlə məşğyul olan nüfuzlu şəxslər var. Rusiyada insanlar milli kimliyinə görə ayrılmır və onlar ruslarla eyni hüquqa malikdir. Müxtəlif millətlərə aid şəxslərə məhz bu cür yanaşmanın çoxmillətli dövlət kimi Rusiyanın obrazının formalaşdırdığını anlayırıq. QMİ bir neçə onillik ərzində postsovet məkanında dinlərarası dialoqun inkişafı üzrə Rus Pravoslav Kilsəsinin etibarlı tərəfdaşı olmasından məmnunam”, - deyə o bildirib.
Müraciətdə vurğulanır ki, son onilliklər ərzində iki ölkənin taleyində çox hadisə baş verdi. “Həqiqətən çox çətin günlər yaşadıq. Yaşadığımız dövlətin süqutu, yeni dövlətlərin formalaşması. Bəzi hallarda bu proses sakit və sülh şəraitində keçmədi və bilirik ki, Dağlıq Qarabağ yarası hələ də qanayır. Bu münaqişənin sülh yolu ilə nizamlanmasına xidmət edən dialoqda rolunuzu xüsusi qeyd etmək istərdim. Bu çox yaxşı və asan olmayan missiyadır. Sülhün isənilən müharibə və münaqişədən vacib olduğunu anlayaraq, siz sülhməramlı səylər göstərirsiniz”, deyə patriarx qeyd edib. **
F.İsazadə