Azərbaycan “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Gənclər və idman naziri Azad Rəhimov Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14-cü Konfransı çərçivəsində Azərbaycanın “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb”, - deyə məlumatda bildirilir.*
R.Babayev