Bakı Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrində Sarayevonun fəal iştirakına ümid edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşdə bəyan edib.
“Təkcə ölkəmiz və region üçün deyil, qlobal xarakter daşıyan enerji layihələrinə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın Azərbaycanın həyata keçirdiyi bu layihələrdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirdi”, - deyə prezidentin saytında məlumat verilir.
İ.Əliyev ölkələr arasında müvafiq sahələrdə idxal-ixrac imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini diqqətə çatdırdı.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini həmişə dəstəklədiklərini qeyd edən prezident bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bütün təşəbbüslərdə daim qarşılıqlı dəstəyin zəruriliyini də vurğuladı. **
A.Axundov