Azərbaycan və Cibuti yükdaşımalar sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov 29-30 noyabr tarixlərində Cibutidə işgüzar səfərdə olub.
Səfər çərçivəsində “Azərbaycan Hava Yolları” QSC və Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Tərəflər, həmçinin yükdaşımalar üzrə Bakı-Cibuti aviareysinin açılması, Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə də razılıq əldə ediblər”, - deyə məlumatda qeyd olunur.
C.Əsgərov Cibuti prezidentiİsmail Ömər Qelle,Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı olub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə edilib.*
A.Əzizov