2016-cı il dekabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $45,3 mln.-dan artıq (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 dekabr tarixinə Fondun hesabında 78 mln. 192 min 264,96 manat (cari məzənnə ilə $45,1 mln.), $212 min 373,88, 5 min 635,69 avro və 5 min rubl toplanıb”, - deyə məlumatda deyilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə