“Azərbaycan İpoteka Fondu” QSC ipoteka kreditləşməsi zamanı müvəkkil bankların sayını 8-dən 19-dək artırıb. Bu barədə fonddan məlmat verilib.
“AFB Bank”, “Unibank”, “Rabitəbank”, “Bank Respublika”, “TuranBank”, “Caspian Development Bank”, “Expressbank”, “Bank Silk Way”,”Nikoil” İKB, “Bank VTB (Azerbaijan)” VƏ “Yapi Kredi Azerbaijan" AİF-in müvəkkil bankı olublar”, - deyə məlumatda deyilir.
Bundan başqa, fondun sığortaçılarının sayı 4-dən 15-dək artıb. “Atəşgah Sığorta”, Atəşgah Həyat Sığorta”, “AzSığorta”, “Xalq Sığorta”, “AtaSığorta”, “Bakı Sığorta”, “AXA Mbask”, “A-Group”, “Ipek Yolu Sığorta”, “Rəvan Sığorta” və “Azərsığorta” AİF-in “müvəkkil sığorta təşkilatı” statusu əldə ediblər.
Hazırda AİF ASC-ə çevrilmə ilə əlaqədar təkrar strukturlaşma prosesini başa çatdırıb. **
A.Əzizov