Peru Respublikası Azərbaycanda səfirlik açmağı planlaşdırır. Bu barədə Xarici İşlər Nazirliyindən məklumat verilib.
“Peru Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycan XİN-ə nota daxil olub. Notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub”, - deyə məlumatda deyilir.
Azərbaycan XİN Perunun bu qərarını alqışladığını və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir. **
F.İsazadə