Azərbaycan 2019-cu il Avropa GənclərininOlimpiya Festivalının(EYOF)ev sahibi olmağa iddialıdır. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bəyan edib.
“II Avropa Oyunlarının Belarusda keçirilməsinə dair qərarla əlaqədar, bu ölkə 2019-cu ildə Avropa festivalının ev sahibliyi hüququnu avtomatik olaraq itirir”, - deyə Ç.Hüseynzadə bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi və Belarus arasında festivalın keçirilməsinə dair imzalanan sazişin ləğv edilməsi zaman məsələsidir.
“Saziş ləğv ediləndən sonra biz bu məsələyə qayıda biləcəyik. Azərbaycan Olimpiya Festivalına ev sahiblik etmək üçün namizədliyini geri çəkməyib”, - deyə Ç.Hüseynzadə qeyd edib. **
R.Babayev