Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı məqsədilə Azərbaycan və Ermənistan prezidentlərin görüşü, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib.
“2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan təmas xəttindəki gərgin vəziyyətdə heç bir əhəmiyyətli dəyişikliyin olmadı Nə prezidentlərin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi”, - deyə R.Mehdiyev rəsmi mətbuatda dərc olunan "Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalədə vurğulayıb.
O qeyd edib ki, Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edirlər.
“Lakin hələlik heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin gələcəkdə ədalətli sülhlə yekunlaşacağına zəmanət verə bilmir. Faktiki olaraq müharibə nə cəbhədə (işğal edilən torpaqlar indiyə qədər azad olunmayıb), nə diplomatik, nə də media məkanında bitib ”,- deyə akademik məqaləsində qeyd edib.
R.Mehdiyevin rəyinə əsasən, "kiməsə Dağlıq Qarabağ münaqişəsinin qalması həm biznes, həm də siyasət yürütmək imkanı – çirkli biznes və çirkli siyasət,- baxımından sərfəlidir”.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan xalqlarının qarşılıqlı əlaqələrində qanayan yaradır. Bu münaqişə artıq uzun illərdir ki, kəskin və ciddi problem olaraq qalır. Ermənistan və Dağlıq Qarabağ separatçıların günahı ucbatından başlayan müharibənin dəyəri olduqca yüksək oldu, bunu unutmaq olmaz”, - deyə o vurğulayıb.
“Bəlkə də Ermənistan prezidenti Serj Sarkisyanın öz həmvətənlərinin fikrinə qulaq asmağın və işğal olunan Azərbaycan torpaqlarının azad olunması istiqamətində konkret tədbirlər görməsinin vaxtı çatıb? İstənilən müharibə gec-tez sülhlə bitir. Deməli, gələcəkdə başqa bir məsələnin həllinə nail olmaq qalır:Dağlıq Qarabağın ağır iqtisadi və siyasi situasiyasını, demoqrafik və sosial katakalizmlərini nəzərə alaraq vilayəti küllükdən çıxarmaq, imkan daxilində onun keçmiş naliyyətlərini bərpa etmək, bu qədim Azərbaycan torpağında hamıya birgə sülh və razılıq içində yaşamaq hüququ vermək”, - deyə R.Mehdiyev qeyd edir. **
F.İsazadə