SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-noyabr aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 2 mln. 212,888 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-noyabr aylarında SOCAR Supsa limanından 2 mln. 541,398 min ton neft ixrac edib. Beləliklə, cari ilin analoji dövründə Supsa limanından ixracın həcmi 12,9% azalıb.
2016-cı ilin noyabr ayında şirkət Supsa limanından 91,616 min ton neft yola salıb.
Ötən il SOCAR bu limandan 2 mln. 794,905 min ton neft yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.*
N.Abbasova