Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İmtahanlar 3 gün davam edəcək. Diaqnostik qiymətləndirmədə Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 7,5 min nəfərədək müəllim iştirak edəcək.
“Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də Göygöldə keçirilən diaqnostik qiymətləndirməyə cəlb ediliblər”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev