Bakıda2017-ci ilin iyununda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılıb. Bu barədə Baku City Circuit (BCC) şirkətininəməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bəyan edib.
Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.
“4 günlük Azərbaycan Qran-prisinin biletlərini 30% endirimlə almaq mümkündür. Bu təklif bletlərin məhdud sayına şamil olunur və 31 yanvar 2017-ci ilə qədər qüvvədədir. Bundan sonra biletlər nominal qiymətə satılacaq”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdin bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk biletonlayn satış başlanandanbir neçə dəqiqə sonra alıcısını tapıb. Bilet İngiltərədən, sonra da Rusiyadan sifariş olundu.
2017-ci ildə keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin biletlərinin onlayn satışı Azərbaycan Qran-prisinin rəsmi saytında həyata keçirilir. Həmçinin, biletləri “Park Bulvar” və “Gənclik Mall” ticarət mərkəzləri, Bakı və Sumqayıtdakı “ASAN Xidmət” şöbələri də daxil olmaqla 17 məntəqədə, o cümlədən, paytaxtın bəzi teatr kassalarında əldə etmək olar.
“Ən ucuz biletlərin qiyməti 60 manat, ən bahalı biletlərin qiymətləri - 4 günlük - 690 manatdır.
Lakin, 30% endirimi nəzrə alaraq, onlar 550 manata satılacaq”, - deyə Bülent Özərdin bildirib.
O qeyd edib ki, həmçinin “ayaq üstündə” biletlər satılacaq. **
R.Babayev