Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin noyabr ayında valyuta hərraclarında $301,5 mln. məbləğində valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Noyabr ayı ərzində ARDNF $301,5 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF oktyabr ayında valyuta hərraclarında $371 mln. məbləğində valyuta satıb. Beləliklə, noyabrda valyuta satışının həcmi oktyabr ayı ilə müqayisədə 18,7% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, ümumilikdə yanvar-noyabr aylarında ARDNF ümumilikdə $4 mlrd. 584,8 mln. məbləğində xarici valyuta satıb.*
A.Əzizov