2016-cı il noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $4 mlrd. 11 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 20,04% azalıb.
Cari ilin noyabr ayında AMB-nin valyuta ehtiyatları $5,5 mln. və ya 0,14% artıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,7 dəfə azalıb.**
A.Əzizov