30 noyabr 2016-cı il tarixinə Azərbaycanda pul bazasının həcmi 7 mlrd. 702,2 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
31 dekabr 2015-ci il tarixinə pul bazasının həcmi 6 mlrd. 901,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-noyabr aylarında pul bazası 11,6% artıb.
Bununla belə, 2016-cı ilin noyabr ayında pul bazası 3,4% və ya 253,3 mln. manat artıb.
Ötən il pul bazası 40,2% azalıb.*
A.Əzizov