Azərbaycan dərman preparatları istehsalı sahəsində Pakistanla əməkdaşlıqda maraqlıdır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən Azərbaycan-Pakkiistan biznes forumunda bəyan edib.
“Pakistan əczaçılıq məhsullarının Azərbayana tədarükü sahəsində təcrübəyə malikdir. Pakistanın Azərbaycanda dərman istehsalının qurmağında maraqlıyıq”, - deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə ASK məhsulları, kənd təsərrüfatı texnikası, akkumulyatorların istehsalı sahələrində də əməkdaşlıq edə bilər.
“O cümlədən, turizm və nəqliyyat sahələrində əməkdaşlıq maraq kəsb edir. Azərbaycan Pakistanın məhsullarının digər ölkələrə tranziti üçün imkanlara malikdir”, - deyə Ş.Mustafayev bildirib.
Nazirin sözlərinə görə, iki ölkənin iş adamları arasında əməkdaşlıq qruplarının yaradılması zəruridir. “İqtisadi əməkdaşlığın səviyyəsi siyasi əlaqələrin yüksək səviyyəsinə uyğundur. Biz münasibətlərin genişlənməsi üçün səy göstərməliyik”, - deyə Ş.Mustafayev qeyd edib. **
A.Axundov