Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında iştirak edəcək.
“E.Məmmədyarov 7 dekabr tarixində Brüsseldə keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında iştirak edəcək”, - deyə XİN-in məlumatında deyilir.
Bundan başqa, nazir 8-9 dekabr tarixində Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak edəcək.
“Tədbirlərdə E.Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə