İslamabad Bakı ilə iqtisadi əməkdaşlığın inkişafına dair beş illik plan imzalamağı planlaşdırır. Bu barədə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan Bakıda keçirilən biznes forumunda bəyan edib.
“Biz sənədlərin razılaşdırılmasını başa çatdırmağı və prezident İlham Əliyevin Pakistana səfəri zamanı imzalanmasını təklif edirik”, - deyə X.D.Xan bildirib.
Pakistanın nümayəndə heyətinin məlumatına görə, prezident İlham Əliyevin 2017-ci ilin ilk aylarında bu ölkəyə səfəri gözlənilir.
Həmçinin, X.D.Xan Azərbaycanın dövlət başçısının səfəri zamanı güzəştli (preferential)ticarətsazişinin imzalanacağına ümid edir. “O cümlədən, sazişdə müəyyən növ mallar üzrə sıfır gömrük tariflərinin tətbiqi nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, iki ölkənin hökuməti bu sənədin hazırlanması üzrə birgə işçi qrupunun yaradılması və müvafiq malların siyahısının hazırlanmasına dair razılığa gəlib.
“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Pakistanın müvafiq strukturu arasında əməkdaşlığa dair sazişin imzalanması da planlaşdırılır”, - deyə X.D.Xan əlavə edib.
Nazir qeyd edib ki, tərəflər iş adamları və turistlər üçün viza rejiminin sadələşdirilməsi üzərində iş aparırlar. **
A.Axundov