Azərbaycanda taksilərə onlar üçün ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etdiklərinə görə cərimə tətbiq olunacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr olunması müzakirə edilib.
Məcəlləyə təklif edilən düzəlişlərə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağandır.
Buna əməl etməməyə görə 40-50 manat (cari məzənnə ilə $23-29) cərimə müəyyənləşdirilir.
Müzakirələrin yekununda layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. **
R.Babayev