Azərbaycanda avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadəyə görə cərimə sanksiyasının tətbiq edilməsi planlaşdırılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində qeyd olunan cərimə sanksiyalarını nəzərdə tutan dəyişikliklər qəbul edilib.
Məcəlləyə əlavə edilməsi təklif olunan 342.1.11-ci maddəyə əsasən “əlil” tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar.*
R.Babayev