"TBC Kredit" bank olmayan kredit təşkilatı (BOKT) 5 mln. manatlıq istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
MBNP təşkilatın təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya hər biri 100 manat olan 50 min ədəd istiqraza bölünüb.
“TBC Kredit” Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı “TBC Bank”a, 25%-i isə “Enclude Holding”ə (əvvəllər ShoreBank International, USA) məxsusdur.*
A.Əzizov