Moskva rəhbərliyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Moskva Miqrasiya Mərkəzinin baş direktoru Nikolay Fedoseyev bəyan edib.
“Moskva rəhbərliyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Respublikanın Dövlət Miqrasiya Xidmətinə tərəfdaşlığın qurulması məqsədilə diplomatik nümayəndəklik Moskva Miqrasiya Mərkəzi barədə məlumat ünvanlayacaq”, - deyə N.Fedoseyev Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Rövşən Axundov və Toğrul Mahmudovla görüşdə bildirib. Bu barədə «Вечерняя Москва» qəzeti məlumat verib.
MMM-nin baş direktoru diplomatları Məzrkəzin zonaları ilə tanış edib. Burada qeydiyyat, tibbi müayinənin aparılması və digər prosedurlar həyata keçirilir.
“2017-ci ildə Azərbaycanın aparıcı mətbu orqanlarının nümayəndələrinin MMM-yə press-turunun təşkili planlaşdırılır”, - deyə nəşr yazır. **
A.Əzizov