5-11 fevral tarixlərində Azərbaycan Pakistan və Əfqanıstana ixrac missiyaları təşkil edəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO)məlumatında qeyd edilir.
“Pakistana ixrac missiyası - 5-8 fevral, Əfqanıstana - 9-11 fevral tarixlərində baş tutacaq”, - deyə məlumatda deyilir.
İxrac missiyalarına daxil olmaq məqsədilə İqtisadiyyat Nazirliyi dekabrın 28-dək meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya məhsulları və digər sənaye məhsullarının istehsalçılarından müraciətlər qəbul edir.
Xəbər verildiyi kimi, noyabr ayında Azərbaycan ixrac həcminin artırılması məqsədilə müxtəlif ölkələrə ixrac missiyaları təşkil edib. Xüsusilə, Çin və Birləşmiş Ərəb Əmirliklərinə iki missiya artıq təşkil olunub. **
A.Axundov