SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-noyabr aylarında 358 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 12,356 min mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2015-ci ildə “Azəriqaz” İB 501 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.**
N.Abbasova