Dekabrın 5-də Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 88 cinayət faktı qeydə alınıb, onların 23-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 72 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.*
R.Babayev