Nağdsız ödənişlərin artması iqtisadiyyatın şəffaflığına, kölgə iqtisadiyyatının azalmasına, vergi daxilolmalarının və iş yerlərinin sayının artmasına gətirib çıxarır və nəticədə ÜDM-nin artımına təsir göstərir. “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş meneceri Mendi Lemb belə hesab edir.
«2011-2015-ci illərdə Azərbaycan iqtisadiyyatında nağd hesablaşmalardan nağdsız hesablaşmalara tədricən keçid hesabına ÜDM 0,03% və ya $70 mln. artıb», - deyə o, bu gün Bakıda bildirib.
M.Lembin sözlərinə görə, nağdsız ödənişlərin artması iqtisadiyyatın şəffaflığına, kölgə iqtisadiyyatının azalmasına, vergi daxilolmalarının və iş yerlərinin sayının artmasına gətirib çıxarır və nəticədə ÜDM-nin artımına müsbət təsir göstərir.
«Azərbaycanda nağdsız ödənişlərin həcminin artması üçün böyük potensial var», - deyə baş menecer əlavə edib.*
A.Axundov