Elektrik enerjisi və qaz tariflərinin təkrar baxılması 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinə 300 mln. manat həcmində əlavə daxilolmaları təmin edəcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Prezidenti tapşırığa əsasən, bu vəsaitin əksər hissəsinin ehtiyac meyarının 105 manatdan 116 manatadək artımına yönəltməyi təklif edirik”, - deyə S.Şərifov parlamentdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, tariflərin təkrar baxılması nəticəsində gələn il dövlət büdcəsinin gəlirləri hazırda 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat səviyyəsində proqnozlaşdırılır. Baxmayaraq ki, ilkin büdcə layihəsində gəlirlər və xərclər müvafiq olaraq 15 mlrd. 955 mln. manat və 16 mlrd. 600 mln. manat səviyyəsində nəzərdə tutulurdu. **
A.Axundov