2016-cı ilin əvvəlindən Azərbaycanın qeyri-neft məhsulları və xidmətlərinin ixrac həcmi 20% azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“Qeyri-neft məhsulları və xidmətlərinin ixrac həcmində azalma müçahidə olunur. Bu azalma 20% təşkil edir. Qeyri-neft idxalı ixracı mühüm dərəcədə üstələməkdə davam edir”, - deyə E.Rüstəmov bu gün parlamentdə 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2016-cı ildə neftin qiymətinin ucuzlaşması tendensiyası saxlanılıb və təxminən 16% təşkil edib.
“Bunun nəticəsində 2016-cı ildə Azərbaycanın ixracının ümumi həcmi 18% və ya 2015-ci illə müqayisədə $2,8 mlrd. azalacaq”, - deyə E.Rüstəmov vurğulayıb.
AMB-nin sədri öncə bəyan edib ki, cari ildə məhsulların və xidmətlərin ixrac həcmi $12,8 mlrd. səviyyəsində proqnozlaşdırılır. **
A.Axundov