Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyin möhkəmlənməsinə yönəlib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
İ.Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
“Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin (2016-cı ilin avqust ayında - İF-Az) əhəmiyyətini yüksək qiymətləndirən prezident bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini dedi”, - deyə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirdi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd etdi.
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan V.Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını dedi. **
F.İsazadə