2016-cı ilin əvvəlindən etibarən 1 sayli Kliniki TibbiMərkəzə (Semaşko) dəm qazından zəhərlənən 350-ə yaxın şəxs daxil olub. Bu barədə respublikanınbaş toksikoloqu Azər Maqsudovbu gün jurnalistlərə bəyan edib.
“Cari ilin əvvəlindən 1 sayli Kliniki TibbiMərkəzin toksikologiya şöbəsinə dəm qazından kəskin zəhərlənmə diaqnozu ilə 334 pasiyent daxil olub”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ümumilikdə Mərkəzə qazdan kəskin zəhərlənmə diaqnozu ilə 450-dən artıq şəxs müraciət edib. “Cari il ərzində Mərkəzdə dəm qazından kəskin zəhərlənmədən ölüm hadisəsi qeydə alınmayıb. Bununla belə, həmin şəxslərin 15%-i ağır zəhərlənmə, 70%-ə yaxın - orta ağır zəhərlənmə, qalanı yüngül formada zəhərlənmə diaqnozu ilə daxil olub”, - deyə A.Maqsudov bildirib.
O vurğulaylb ki, 2015-ci ildə Mərkəzə dəm qazından zəhərlənən 402 nəfər daxil olub.
“Onlardan 10%-i ağır zəhərlənmə, 70%-i orta formada zəhərlənmə, qalanı yüngül zəhərlənmə diaqnozu ilə daxil olub. 2015-ci ildə Mərkəzin toksikologiya şöbəsində bir nəfər vəfat edib, çünki çox gec zamanda, zəhərlənmədən 4-5 gün sonra ağır vəziyyətdə bizə daxil olub”, - deyə A.Maqsudov məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ilin əvvəlindən Mərkəzə həmçinin göbələkdən zəhərlənən 26, ilan sancması ilə 114 nəfər daxil olub. **
R.Babayev