Azərbaycan prezidenti İlham Əliyev Bakı və Havana arasında turizm sahəsində əməkaşlığın genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edir.
İ.Əliyev bu gün Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.
“Turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar”, - deyə dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatı qurulub.
Eyni zamanda, Azərbaycan Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlıdır. **
F.İsazadə