Dekabrın 6-da Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 68 cinayət faktı qeydə alınıb, onların 16-; “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 58 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.**
R.Babayev